Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Europol 400 sayt bağlayıb


Avropanın polis təşkilatı olan Europol bildirib ki, xüsusi əməliyyat nəticəsində narkotik maddələr, silah, uşaq pornoqrafiyası və s. bu kimi qadağan olunmuş mallar satışı ilə məşğul olan 400 sayt bağlanıb.

ABŞ-la Avropa Birliyinin 16 ölkəsinin birgə əməliyyatında 17 adam həbs olunub.

Bunlar arasında Silk Road 2.0 qanunsuz narkotik satışı saytı da var.

Əsil Silk Road saytı qanunsuz narkotik ticarətinə görə keçən il bağlanmışdı, bundan sonra onun surəti olan Silk Road 2.0 saytı peyda oldu.

XS
SM
MD
LG