Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

Poroshenko Merkele deyib ki, Minsk sazişi pozulur və bu, gərginliyə aparır


Ukrayna prezidenti Poroshenko noyabrın 7-də Almaniya kansleri Merkellə telefon danışığında deyib ki, sentyabrın 5-də imzalanmış Minsk sazişinin əhəmiyyətli dərəcədə pozulmasına görə Ukraynanın şərqində separtaçı münaqişə gərginləşir.

Ukrayna prezidentinin saytında yerləşdirilmiş bəyanatda deyilir ki, Poroshenko Minsk sazişindən əhəmiyyətli kənara çıxmalar olduğunu Merkelin diqqətinə çatdırıb və qeyd edib ki, bunlar münaqişənin qızışmasına aparır.

XS
SM
MD
LG