Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:36

ARDNŞ Ukrayna əsgərinə kompleks yeməyi 1 qəpiyə satır


Yemək Ukrayna hərbçilərinə 1 qəpiyə satılır.
Yemək Ukrayna hərbçilərinə 1 qəpiyə satılır.

-

Sosial şəbəkələrdə bir foto əsil tufan yaratdı. Bu şəkil Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaqdoldurma məntəqəsində çəkilib. Burda kompleks yemək Ukrayna ordusu əsgərlərinə 1 qəpiyə satılır.

Bir ukraynalı istifadəçi yazıb ki, bundan sonra onun daimi yanacaqdoldurma məntəqəsi olacaq. O, ukraynalılara təklif edir ki, ARDNŞ-in bu hərəkətinə «bakı tam doldurmaqla cavab versinlər».

SOCAR məntəqəsi
SOCAR məntəqəsi

«SOCAR Energy Ukraine» şirkətinin mətbuat xidmətinin rəhbəri Marina Ergemlidze Day.az saytına deyib ki, social şəbəkələrdə belə ruh yüksəkliyi ilə qarşılanan bu məlumat tamamilə doğrudur:

«Ukrayna ordusuna bizim havayı yemək təklif etmək təşəbbüümüz 2014-cü ilin avqustundan başlanıb».

Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada 42 yanacaq doldurma məntəqəsi var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG