Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Yeni əmr: Moskva metrosunun rəhbər işçiləri işə qatarda gəlməlidirlər


Arxiv foto

Arxiv foto

-

Rusiyada nəşr edilən “Komsomolskaya pravda” qəzeti yazır ki, Moskva Metropoliteninin rəhbəri Dmitry Pegov eynən adi sərnişinlər kimi metrodan yararlanır. Onun əmrinə görə, istər müavinlər, istərsə xidmət rəhbərləri indən belə paytaxtın yeraltı nəqliyyatında işə gələcəklər. D. Pegov jurnalistlərlə görüşündə belə deyib:

“Hər gün işə metro ilə gəlirəm, yəni hər gün stansiyaya enir və qatarla 35 dəqiqə yol gedəndən sonra başqa bir xəttin qatarına minirəm. Axı mənə etibar edilən sahədə nə baş verdiyini şəxsən görüb-anlamalıyam. Beləcə, işlərin gedişini, nəyi dəyişib-yaxşılaşdırmaq lazım olduğunu öyrənəcəyəm”.

Vəzifə təlimatına görə, metropolitenin rəhbəri qatar maşinistinin kabinəsində gedə bilər. Ancaq D. Pegov bu səlahiyyətindən nadir hallarda yararlanacağını söyləyib. O, adətən, adi sərnişinlərlə bir yerdə – vaqonda özünə yer tapır.

Moskva metropoliteninin rəhbəri maşinist kimi elektrik qatarını da idarə edə bilir. Jurnalistlərlə söhbətində onun özü bu sözləri dilə gətirib:

"Elektrik qatarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyətə başlamışam. Metropoliten dövlət müəssisəsi olaraq qalır. Mənə verilən qatar sürücüsü vəsiqəsi də normalara uyğundur. Kabinəyə maşinist kimi daxil olmağım üçün hazırlıq kursu keçməliyəm. Belə kurslara yazılmışam”.

Günün bütün mövzuları

XS
SM
MD
LG