Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:24

Ermənistan hakimiyyəti Gümri şəhərində Kalashnikova heykəl qoymaq qərarını verib. Heykəlin açılışı ilin sonunda olacaq.

AK47 avtomat silahının yaradıcısı olan Kalashnikova Ermənistanda heykəl qoyulması mübahisə doğurub. Bəziləri hesab edir ki, dünyada bu qədər adamın ölümünə gətirən silahın yaradıcısına heykəl qoymaq mənəvi baxımdan düzgün deyil. Bəziləri isə hətta hesab edir ki, bu heykəl anti-Ermənistan mahiyyətlidir.

Dünyada 70 milyondan 100 milyona kimi AK47 növlü avtomat var.

Ermənistanın ikinci şəhəri olan Gümri Rusiyanın hərbi bazasının qərarlaşdığı yerdir. Bu, Cənubi Qafqazda Rusiyanın yeganə hərbi bazasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG