Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

Kiyev bildirir ki, Rusiyadan Ukraynaya 32 tank və 30 yük maşını keçib


Ukrayna ordusunun sözçüsü bildirib ki, 32 tank, ağır silahlar, əsgərlər Rusiya sərhəddindən Şərqi Ukraynaya daxil olub.

Andriy Lysenko noyabrın 7-də deyib ki, tanklarla yanaşı 16 artilleriya sistemləri və əsgərlərlə, sursatla dolu 30 yük maşını Ukraynaya daxil olub. O bildirib ki, yük maşınlarının başqa karvanı və mobil radar stansiyaları da sərhəd məntəqsi yaxınlığında Rusiyadan Ukraynaya keçib.

Lysenko deyib ki, son 24 saatda 5 Ukrayna əsgəri və başqa döyüşçülər yaralanıb.

XS
SM
MD
LG