Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:26

Seyfəlinin zəhmətkeş sakinlərini qorxudan soyuq qış gecələri...


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

Seyfəli kəndi ərazi və əhalisinə görə Şəmkir çayının sol sahilində yerləşən ən böyük kənd sayılır. Bu kənd 4 icra nümayəndəliyini özündə birləşdirir.

Rayon üzrə toplanan xurmanın 60 faizi məhz Seyfəli kəndinin bağlarından yığılır. Rəsmilər də bildirirlər ki, Şəmkir rayonunun təsərrüfatlarından gələn gəlirin 30 faizi bu kəndin payına düşür.

Kənd sakini Hicran Qurbanova
Kənd sakini Hicran Qurbanova

Seyfəli kəndinin sakinləri isə giley edirlər ki, bu qədər zəhmətin qarşısında onlara lazımı şərait yaradılmır. Kəndin 300-ə yaxın əhalisi olan Aşağı Seyfəli hissəsində mavi yanacaq yoxdur. Kənd sakini Hicran Qurbanova danışır ki, aidiyyatı qurumlar qaz çəkmək üçün hər ailədən 1000 dollar pul istəyiblər:

«QAZ ÇƏKİLİŞİ ÜÇÜN HƏRƏDƏN MİN DOLLAR PUL İSTƏYİRLƏR»

«Yeməyi balaca qaz balonlarında bişiririk. Neyləyək? Gəlirlər deyirlər çəkəcəyik, amma min dollardan çox pul istəyirlər. Haradan alım mən? Deyirlər biz çəkəcəyik siz də xətti evlərə özünüz çəkin».

Başqa bir sakin Cəfər Abbaslı isə deyir ki, mavi yanacaq bir yana kəndə heç su xətti də çəkilməyib. İllərdir xurma meyvəsi becərib, xarici bazarlara göndərən kəndli gileylənir ki, bu da bağları suvarmağa çətinliklər yaradır:

«Suyumuz yox, qazımız yox. Əkini vedrə ilə Artezianlardan daşıyıb sulayırıq. Ortada 200 ev var, qazımız yoxdur».

Kənd sakini Əhməd Məmmədov
Kənd sakini Əhməd Məmmədov

Başqa bir sakin Əhməd Məmmədov da deyir ki, bu kənddə axşamçağı olan kimi hamı yorğana bükülüb yatır. Yanacaq olmadığı üçün evi qızdırmaq olmur:

«ŞƏR QARIŞANDAN SONRA YORĞANA BÜKÜLÜB YATIRIQ»

«Suyumuz yoxdur. Kəndin hər tərəfində qaz yanır. Bizdə yanmır. Hara məlumat veririk heç kim kömək eləmir. Deyirlər layihə gəlib qaz idarəsinə, amma qaz idarəsi iş görmür. Dərdimiz çoxdur, şərik olan yoxdur. Şər qarışandan sonra yorğana bükülüb yatırıq».

SU VƏ QAZ 2015-Cİ İLDƏ OLACAQ...

Şəmkir rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, yeni su layihəsi işlənir. Layihə 2015-ci ildən başlanacaq və bütün kəndlərə suvarma və içməli su xətləri çəkiləcək.

O ki qaldı kəndin yanacaq probleminin həllinə, bu məsələyə aydınlıq gətirmək üçün Qaz İstismarı İdarəsinin rəisi Qismət Əsgərova üz tutduq. O, da etiraf ki, 4 inzibati bölgədən ibarət olan kəndin ancaq Aşağı Seyfəli hissəsinə yanacaq çəkilməyib. Rəisin sözlərinə görə, artıq layihə təsdiqlənib ilin sonunadək kəndə qaz xətləri çəkiləcək.

Qazın çəkilməsi üçün insanlardan pul tələb etməsi ilə bağlı iddialara cavab olaraq Qismət Əsgərov dedi ki, dövlət layihəsində belə hal ola bilməz. Qismət Əsgərovun sözlərinə görə gələn ilin sonunadək kənd tamamilə qazlaşdırılacaq.

XS
SM
MD
LG