Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16

Xaçmaz müsavatçıları polisə çağırılıb


Müsavat Partiyasının başqan müavini Elman Fəttah

Müsavat Partiyasının başqan müavini Elman Fəttah

Noyabrın 7-də Müsavat Partiyası Xaçmaz rayon Təşkilatının fəalları polisə çağırılıb və onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxıblar. Bu haqda AzadlıqRadiosuna partiyanın başqan müavini Elman Fəttah məlumat verib. Onun sözlərinə görə, xəbərdarlıq yerli fəalların rayonda partiya rəhbərləri ilə görüşü ilə bağlı olub:

«Noyabrın 6-da partiyanın başqanı Arif Hacılı və rəhbərliyə daxil olan digər şəxslər yerli təşkilatın sədri Heybət Əmrahın anasının yasında iştirak etmək üçün Xaçmaz rayonunda olublar. Bir gün sonra Heybət Əmrah və digər fəal Ramazan Əliyevi Xaçmaz Rayon Polis Şöbəsinə aparıblar. Bir neçə saat saxladıqdan sonra xəbərdarlıq edib buraxıblar. Bildiriblər ki, onların fəaliyyəti nəzarətdədir. Xəbərdar ediblər ki, bir daha partiya rəhbərliyi rayona gələrsə onlar üçün pis olacaq».

Müsavat Partiyası olayla bağlı bəyanat yayıb. Bəyanatda polis orqanlarının partiyanın fəaliyyətinə müdaxiləsi kəskin pislənir və bu hala son qoyulması tələb olunur.

Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov, Heybət ƏmrahRamazan Əliyevi polisə çağırdıqlarını təsdiqlədi. Lakin, rəis müavini onlara heç bir xəbərdarlıq edilmədiyini, sadəcə rayon sakini kimi söhbətləşdiklərini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG