Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

-

AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində mitinqin 9 noyabrda keçiriləcəyini bildirib.

***

Milli Şuranın noyabrın 10-na təyin etdiyi mitinqin vaxtı dəyişib. Bu barədə azadliq.info-ya mitinqin təşkilatçılarından biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib:

«Noyabrın 5-də Bakı Şəhər İcra Hakimiyyətindən ictimaiətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanov mənə zəng edib, dəqiqləşdirdi ki, bizim onlarda üç müraciətimiz var - ayın 9-u, 10-u və 16-ı üçün - bunlardan hansını əsas tuturuq. Mən də dedim ki, ayın 10-nu. O da sağollaşdı. Ayın 6-da Zaur Ramazanov saat 17 radələrində təkrar mənə zəng vurub və müraciətimizə müsbət cavab verildiyini dedi. Mən də dəqiqləşdirdim ki, mətbuata açıqlama verəcəm, müraciətlərimizdən hansına - 10 noyabramı müsbət cavab verilib? O da təsdiqlədi ki, bəli, 10 noyabra razılıq verilib. Artıq iş gününün sonu olduğu üçün razılaşdıq ki, cavab məktubunu bu gün, yəni ayın 7-də götürəcəyik. Mən də buna uyğun olaraq mətbuata məlum açıqlamanı verdim. Amma bu gün BŞİH cavab məktubunda razılığı ayın 9-na göstərib».

F. Qəhrəmanlı noyabrın 9-da mitinqin keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarın müzakirələrdən sonra veriləcəyini vurğulayıb.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında Milli Şuranın noyabrın 10-na təyin etdiyi mitinq ətrafında yaranmış anlaşılmazlığa aydınlıq gətirib. Z. Ramazanov deyib ki, BŞİH-ə ünvanlanmış müraciətdə mitinq üçün noyabrın 9-10-u tarixləri göstərilib. Onun sözlərinə görə, BŞİH müracəti araşdıraraq, mitinqin noyabrın 9-da keçirilməsinə razılıq versə də, qarşı tərəf rəsmi məktuba baxmadan, mətbuata noyabrın 10-da mitinq keçiriləcəyi barədə məlumatlar verib:

«Cavab hazır olduqdan sonra, Fuad Qəhrəmanlıya məlumat verildi ki, məktubu götürün. O da mənə sual verdi ki, cavab müsbətdir? Mən də təsdiq etdim. Sonra bütün mətbuata məlumat veriblər ki, mitinq noyabrın 10-na razılaşdırılıb. Bu gün saat 12:30-a qədər məktuba verilən rəsmi cavabı hələ götürməmişdilər. Mən səhər saytlara baxanda, Fuad Qəhrəmanlıya zəng vurub öz iradımı bildirdim ki, hansı əsasla mətbuata bu cür məlumat verib? Axı, mən sadəcə cavabın müsbət olduğunu demişəm, vaxtı yox. Qayda budur ki, aksiya keçirən qurum rəsmi sənədi qəbul etdikdən sonra kütləvi informasiya vasitələrinə məlumat verməlidir. Dünən gün ərzində bir nümayəndə tapıb məktubu almaq üçün gəlməyiblər, amma mətbuata məlumat verirlər. Bu düzgün deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG