Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:50

Vaşinqton Kiyevin məktəb istintaqını dəstəkləyir


Ukrayna. Donetskdə atəşə tutulan məktəb

Ukrayna. Donetskdə atəşə tutulan məktəb


Vaşinqton deyir ki, ölkənin şərqindəki Donetsk şəhərində məktəbin atəşə tutulması üzrə Ukraynanın təhqiqatını dəstəkləyir. Həmin hadisədə iki yeniyetmə həlak olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki noyabrın 6-da hadisəni pisləyib. Bir gün öncə Donetsk aeroportu yaxınlığında yerləşən məktəbin həyətinə mərmi düşüb, iki şagird həlak olub, bir neçəsi yaralanıb.

Kiyev və rusiyayönlü separatçılar hadisəyə görə bir-birini ittiham edir.

Rusiyada ukraynalı komandirlərə qarşı cinayət işi açılıb, son hadisənin regionda “rusdilli əhalinin kökünün kəsilməsi” cəhdinin nəticəsi olduğu bildirilir.

Bu arada Kiyev Rusiyanı Ukrayna ilə sərhədə hərbi qüvvələrini artırmaqda ittiham edib. Təhlükəsizlik Şurası noyabrın 6-da bildirib ki, 50 T-64 tankı daxil olmaqla, 60 nömrəsiz zirehli texnika sərhəd Rostov regionuna gətirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG