Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

Azərbaycan Ukraynada separatçıların keçirdiyi seçkiləri tanımır


Ukrayna, parlament seçkisi 2014

Ukrayna, parlament seçkisi 2014


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ukraynanın şərqində “seçkilərin” keçirilməsinə münasibət bildirib. H. Hacıyev APA-nın sualına cavabında Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.

“Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu xüsusda, bu ölkənin ərazisində mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır”, - deyə H. Hacıyev bildirib.

Ukraynanın şərqində rusiyayönlü separatçılar noyabrın 2-də seçki keçirib. Ukrayna hakimiyyəti bu seçkini pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG