Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Gürcüstanın baş naziri siyasi böhran yaranmadağını deyir


Gürcüstanın baş naziri Irakly Garibashvili

Gürcüstanın baş naziri Irakly Garibashvili


Gürcüstanın baş naziri Irakly Garibashvili deyir ki, altı partiyanın koalisiyasından çıxmasına və əsas nazirlərin istefasına baxmayaraq, onun koalisiyası sabitdir. Noyabrın 6-da kabinetin iclasında danışan Garibashvili deyib:

“Parlamentdə güclü çoxluğumuz olacaq və hökumət daha artıq səmərə ilə işini davam etdirəcək. Sabitliyi pozmaq üçün heç nə baş vermir və heç nə baş verməyəcək”.

Noyabrın 5-də Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. Garibashvili müdafiə naziri Irakly Alasania-nı işdən çıxarıb, xarici işlər naziri Maya Panjikidze istefa verib.

Baş nazir Alasania-nı “avanturist, səfeh və ambisiyalı”, onun Gürcüstanın avroatlantik seçiminə hücumla bağlı iddialarını “tamamilə məsuliyyətsiz və absurd” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG