Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

ABŞ hərbiyyəsi bildirir ki, şimal-qərbi Suriyada əl-Qaedaya bağlı Xorasan qrupunun mövqelərinə raket zərbələri endirilib.

ABŞ təyyarələrinin Türkiyə sərhədi boyunca, qrupa aid bina və hərbi texnikaya beş raket zərbəsi endirdiyi xəbər verilir.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupunun məlumatına görə zərbələr nəticəsində bir neçə yaraqlı və iki uşaq həlak olub.

Bu, ABŞ təyyarələrinin Xorasan qruplaşmasının mövqelərini hədəfləyən ikinci reydidir. Vaşinqton qruplaşmanı Avropa və Amerikada terrorçu aktların planlaşdırılmasında şübhəli bilir.

ABŞ hərbi komandanlığının məlumatında deyilir ki, cümə axşamı Sarmada şəhəri yaxınlığındakı Xorasan qrupu obyektlərinə, o cümlədən hərbi texnikaya, habelə təlimlərin və partladıcıların hazırlanması üçün istifadə edilən düşərgəyə zərbələr endirilib.

Adının açıqlanmasını isytəməyən bir rütbəli ABŞ rəsmisi deyib ki, hədəflərin arasında David Drugeon adlı fransız yaraqlı da olub.

Rəsmi Drugeonun məhv edildiyinin təxmin olunduğunu söyləyib.

ABŞ bildirir ki, az tanınan Xorasan qruplaşmasında əl-Qaedanın Suriya bölümündəki veteranlar toplanıblar.

Mərkəzi komandanlıq bildirib ki, qruplaşmanın məqsədi prezident Assad-ı devirməkdən daha çox Qərb üzərinə terrorçu basqınları həyata keçirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG