Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

Exo Moskvı radiosunda baş redaktorla sahibkar arasında mübahisə düşüb


Rusiyanın aparıcı radio stansiyası olan Exo Moskvı radiosunun baş redaktoru Alexei Venediktov radionun əsas aparıcının işdən çıxarılmasını tələb edən əsas dövlət sahibkarı ilə mübahisəyə çıxıb.

Müstəqil informasiya siyasəti yeridən radionun səhmlərinin 66 faizi Qazprom Media Holdinqə məxsusdur.

Noyabrın 6-da radionun direktoru Ukrayna haqda verilişə görə aparıcı Aleksandr Plyushchevi işdən çıxarıb.

Baş Redaktor Venediktov isə aparıcını işdə saxlayıb və bununla da rəhbərliklə açıq münaqişəyə girib.

Qazprom Media Holdinqin rəhbəri Lesin RBK xəbər agentliyinə deyib ki, o, məmnuniyyətlə, Venediktovu da işdən çıxarardı.

Venediktov Exo Moskvı radiosunun 14 ildir ki, baş redaktorudur.

XS
SM
MD
LG