Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:17

-

Kreml Qərbin Rusiya prezidenti Putinə şəxsi yönümlü hücumlar praktikasını anlamır. Bunu Rusiya prezidentinin sözçüsü Peskov deyib. Onun sözlərinə görə, güclü Rusiya bəzi ölkələri rahatsız edir.

Jurnalistlər adı tez-tez Putinlə bağlanan Timchenko barədə sual veriblər, Peskov deyib ki, “onlar bunu həmişə edirlər.”

Konkret Timchenko barədə olan məlumatlar haqda Peskov deyib ki, bu məlumatların həqiqi olduğunu Kreml bilmir.

O bildirib ki, hücumlar Putinə yönəlir və digər informasiyalrın düz olub-olmaması bilinmir.

Wall Street Journal qəzeti yazıb ki, ABŞ prokurorluğu və ABŞ Ədliyyə nazirliyi Timchenkonun həmtəsisçisi olduğu Gunvor şirkəti ilə bağlı istintaqa başlayıb. Qəzetin mənbəsi bildirir ki, bu şirkətin Amerika bankları vasitəsilə əməliyyatlarının qanuninliyi yoxlanılır.

Ancaq Rusiya tərəfinin məlıumatına görə, Timchenko bu şirkətdə əsas aktivini- şirkətin səhmlərinin 44 faizini Qərb Rusiya fərdlərini əhatə edən “qar siyahını” dərc etməzdən bir gün əvvəl satıb. Bununla belə həmin siyahıda Timchenkonun adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG