Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:23

Məhkəmə Əlayıf Həsənova 240 saatlıq ictimai iş cəzası verib


Əlayıf Həsənov

Əlayıf Həsənov

-

Noyabrın 6-da Yasamal rayon Məhkəməsi Nuriyyə Hüseynovanın vəkil Əlayıf Həsənova qarşı şikayətinə baxıb.

Məhkəmə Əlayıf Həsənovun 240 saat ictimai işlərə cəlb olunması barədə qərar çıxarıb.

Əlayıf Həsənov AzadlıqRadiosuna müsahibəsində çıxarılan qərarı qanunsuz sayır:

«Qondarma məhkəmə başa çatdı. Bizim heç bir vəsatət təmin olunmadı, təklif etdiyimiz şahidlərdən heç biri dindirilmədi. Məhkəmə bu işdə təhqirin olmadığı qənaətinə gəlsə də, böhtan maddəsi ilə 240 saat ictimai işlə məşğul olmağımla bağlı qərar çıxardı. Müvafiq icra hakimiyyəti mənim hansı ictimai işlə məşğul olacağımı müəyyən edəcək. Görünür özümə süpürgə axtarmalıyam».

Əlayıf Həsənov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını müdafiə edir.

Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayıf Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayıf Həsənov Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır. İçəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG