Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54

Ağalar Məmmədovun kitabı təkrar çap edildi


-
Filosof Ağalar Məmmədovun "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edildi.

"Qanun Nəşrlər Evi"nin, ilk nəşrini 2 il qabaq buraxdığı kitab artıq satılıb qurtarıb.

Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş II çapını gerçəkləşdirib.

Kitabın II nəşri, müəllifin I nəşrdə çap olunmayan 1 məqaləsi və 1 müsahibəsi də daxil edilərək genişləndirilib.

Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb.

Kitabda “Fəlsəfə işığında dil”, “Kulturo-etik yazılar”, “İslamın çadrasız üzü”, “Zaman, allah-insan, ölüm”, “Siyasi-ideoloji yazılar” kimi 10-dan çox əsas başlıq yer alıb.

"AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təşəbbüsü ilə çap edilib.

Kitab məqtul (qətl edilmiş) yazıçı-pubilisist Rafiq Tağının xatirəsinə həsr olunub.

Kitabda Dalğa GH-nın fəaliyyəti barədə də məlumat verilməklə yanaşı, Dalğa GH-nın həmtəsisçisi, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının ön sözü də Rafiq Tağı və müəllifin baxışları istiqamətindədir.

“Aşma”nı Bakının kitab mağazalarından əldə etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG