Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:59

Səttar Bəhlulzadə qrafik əsərləriylə xatırlanacaq


Səttar Bəhlulzadə
Səttar Bəhlulzadə

-

Noyabrın 7-də S. Bəhlulzadənin Əmircan kəndindəki ev-muzeyində rəssamın qrafik əsərlərindən ibarət fərdi sərgisinin açılışı olacaq.

Sərgidə S. Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və çoxu bu vaxta kimi sərgilənməyən 30 əsəri nümayiş olunacaq.

Sərgilənəcək əsərlər "Səttar Bəhlulzadə-105. Qrafika" adlı kataloqda (Bakı, 2014) toplanıb.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Bakıda yerləşən ev-muzeylərin əməkdaşları, KİV nümayəndələri dəvət olunub.

S.Bəhlulzadə qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda, Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.

Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılmış qrafik rəsmlər bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutub.

2014-cü ildə rəssam Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümündən 40 il keçir.

Sərgi bu əlamətdar hadisələr şərəfinə təşkil edilir.

XS
SM
MD
LG