Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Xalid Qarayevlə bağlı həbs qərarı qüvvədə saxlanılıb


«Azadlıq» qəzeti və «Azərbaycan saatı» proqramının əməkdaşı Xalid Qarayev

«Azadlıq» qəzeti və «Azərbaycan saatı» proqramının əməkdaşı Xalid Qarayev

Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində «Azadlıq» qəzeti və «Azərbaycan saatı» proqramının əməkdaşı Xalid Qarayevin şikayətinə baxıb. Vəkil Bəhruz Bayramovun AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmə Xalid Qarayevlə bağlı çıxarılan 25 günlük həbs qərarını qüvvədə saxlayıb:

«Məhkəmədə hakim Əmir Bayramov çox aqressivlik göstərirdi. Nə mənə, nə də Xalidə danışmağa imkan verirdi. Məhkəmə araşdırması aparılmasına imkan verilmədi. Hesab edirik ki, sırf qanunsuz qərar çıxarıldı».

Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi Xalid Qarayevi xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu həbsi siyasi sifariş sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG