Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

-

Məşhur ingilis yazıçısı George Orwell-in “Heyvan ferması” əsəri əsasında çəkilən multfilmin pulunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi veribmiş.

“Telegraph” qəzeti yazır ki, bu məsələ 20 il gizli saxlanıb və ilk dəfə 1974-cü ildə keçmiş kəşfiyyatçı Everette Howard Hunt-ın “Gizli agentin xatirələri” kitabında açıqlanıb.

Sovet lideri Stalini və sovet quruluşunu ələ salan “Heyvan ferması”nın müəllifi George Orwell 1950-ci ilin qışında vəfat edəndə Hunt MKİ-nin Psixoloji Müharibə bölümündə çalışırmış.

O, Britaniyaya ezam edilir ki, yazıçının həyat yoldaşı Sonia-dan “Heyvan ferması” əsasında animasiya filmi çəkilməsi haqlarını alsın.

Hunt Sonia-nın razılığını alandan sonra prodüser olaraq Louis De Rochemont-u seçir. Filmin çəkilməsi isə Britaniyanın “Halas & Batchelor” şirkətinə sifariş olunur.

George Orwell

George Orwell

MKİ-nin filmin çəkilməsi üçün İngiltərəni seçməsinin bir neçə səbəbi vardı.Əvvəla, “Halas & Batchelor” bir neçə məşhur təbliğat filminin yaradıcısı idi.

İkincisi, bu, animasiya filmini Amerikada çəkməkdən ucuz başa gələcəkdi.

Üçüncüsü isə filmi çəkənlərin layihənin maliyyə mənbəyindən bixəbərər qalmaları asan olacaqdı. Üstəlik də İngiltərə soyuq müharibədə ABŞ-ın müttəfiqi idi.

Həqiqətən də filmi çəkənlər heç nədən xəbər tutmur, onlar üçün bu, sıradan bir sifariş idi. Amma 70 dəqiqəlik “Heyvan ferması” üzərində iş 3 il çəkir.

Animasiya filminin maliyyə mənbəyi açıqlananda bu, “Halas & Batchelor” şirkətinin nüfuzuna elə bir xətər toxundurmur.

Əksinə bu iş onlar üçün böyük təcrübə olur və sonradan yüksək səviyyəli multfilmlər çəkməyə davam edirlər.

Amma yəqin ki yazıçının özü sağ olsaydı, “Heyvan ferması”nın MKİ tərəfindən maliyyələşməsindən xoşlanmazdı.

Üstəlik də əsərinin finalının dəyişdirilməsindən razı qalmazdı.

Orwell-in əsərində zülmə məruz qalan heyvanlar xaricdən kömək istəyirlər. Və xaricdən gələn köməklə diktatoru yıxırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG