Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi hərbi təlimlər keçirir


Ermənistan ordusu təlimlərdə

Ermənistan ordusu təlimlərdə

-

Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi irimiqyaslı hərbi təlimlər keçirir.

Bunu Azadlıq Radiosunun erməni xidmətinə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Hovannisian deyib.

Ancaq nazirliyin sözçüsü ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması informasiyasını nə təkzib, nə də təsdiq edib. Bununla belə o deyib ki, ehtiyatda olanlar da silahlı qüvvələrin bir hissəsidir.

Azadlıq Radiosu soruşub ki, bu təlimlər sərhəddə gərginliklə əlaqəlidirmi?

Hovannisian deyib ki, indiki təlimlər planla nəzərdə tutulan təlimlərdir. O əlavə edib ki, sərhəddə vəziyyət isə nisbi götürəndə, sakitdir.

«GƏLƏCƏKDƏ HƏR HANSI HADİSƏYƏ GÖRƏ...»

Azərbaycanın Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə Ermənistanın hərbi təlimlər keçirməsinə cavab verib.

Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.

«Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür» - bəyanatda deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG