Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:33

Murad Ədilovun həbs müddəti 2 ay uzadıldı


AXCP fəalı Murad Ədilov
AXCP fəalı Murad Ədilov


Noyabrın 6-da Nərimanov rayon məhkəməsində AXCP fəalı Murad Ədilovun həbs müddətinin artırılması ilə bağlı proses keçirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Onun bildirdiyinə görə, məhkəmə Murad Ədilovun daha 2 ay həbsdə qalması ilə bağlı qərar çıxarıb:

“Murad Ədilov 3 aydır həbsdədir, buna baxmayaraq bir dəfə də olsun dindirilməyib. Yəni, bu işlə bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Bu zaman istintaq orqanının həbs müddətinin uzadılmasını istəməsinin heç bir məntiqi əsası qalmır. Məhkəmənin bu qərarında apelyasiya şikayəti verəcəyik”.

Yalçın İmanov bildirir ki, Murad Ədilovun saxlanarkən işgəncəyə məruz qalması ilə bağlı Baş Prokurorluğa etdikləri müraciətə də cavab gəlib:

“ Bu haqda cavabı bir neçə gün öncə həbsxanada Murad Ədilova təqdim ediblər. Prokurorluq müraciətimiz əsasında cinayət işinin başlanmasını ləğv edib. Bu qərarla bağlı hüquqi addımlarımız atacağıq”.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.

XS
SM
MD
LG