Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

«Sevgi ilə Gürcüstandan» sərgisi açılacaq


“Gürcüstandan sevgi ilə”. Sərgi posteri

“Gürcüstandan sevgi ilə”. Sərgi posteri

-

Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcək.

Milli İncəsənət Muzeyinin yaydığı xəbərə görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə açılacaq. Sərgidə 62 gürcü rəssamın 130-a yaxın əsəri nümayiş olunacaq.

Sərginin açılışı noyabrın 18-də, saat 17.00 –də Azərbaycan Milli İncəsənət Muzeyində (Niyazi, 11) baş tutacaq.

Sərgi 2 həftə davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG