Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

-

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr bələdiyyə seçkilərinə hazırlıq və seçkiqabağı vəziyyətlə bağlı bəyanat yayıb.

Qurum bələdiyyə seçkiləri ərəfəsində mövcud ictimai-siyasi durumdan ciddi narahatlıq keçirdiyini bildirir. Belə ki, hazırda insan hüquqları, xüsusən də siyasi azadlıqların təmin olunması sahəsində problemlərin azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermədiyini bildirir.

SMDT xatırladır ki, 9 oktyabr 2013-cü ildə prezident seçkisindən sonra ölkədə siyasi azadlıqların pozulması, repressiyaların daha da güclənməsi nəticəsində siyasi müxalifətin, vətəndaş cəmiyyətinin və medianın fəaliyyəti daha da məhdudlaşdırılıb. 2014-cü ildə siyasi motivli həbslərin davam etməsi nəticəsində ölkədə 100 nəfərə yaxın siyasi məhbus var. Oktyabrın 17-də prezident İlham Əliyev əfv sərəncamı imzalasa da, bu, ölkədəki siyasi məhbus probleminin aradan qaldırılmasına ciddi təsir etməyib, yalnız 4 siyasi məhbus azadlığa buraxılıb.

Təşkilat mövcud siyasi vəziyyətin dəyişməsi və demokratik, azad və ədalətli seçkinin keçirilməsi üçün bəzi təkliflər də irəli sürüb. Qurum təklif edir ki, siyasi və vicdan məhbusları kimi tanınan şəxslər dərhal azad edilsin, vətəndaş cəmiyyəti üzvlərinə təzyiqlər dayandırılsın.

SMDT rəhbəri Anar Məmmədli və onun müavini Bəşir Süleymanlı da hazırda həbsdədir. A.Məmmədli 5 il 6 ay, B.Süleymanlı isə 3 il 6 ay azadlıqdan məhrum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG