Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Rəsm əsəri 65 milyon dollara satıldı


"Bahar". Eduard Mone

"Bahar". Eduard Mone

-

Fransanın məşhur impressionist rəssamı Édouard Manet-nin "Bahar" rəsmi Nyu-Yorkdakı Christie's hərracında 65 milyon dollara satılıb.

OxuZalı "Associated Press"ə istinadla xəbər verir ki, rəsm əsəri aktrisa Janna Demarsinin portreti olsa da, baharın alleqorik obrazı kimi düşünülüb.

19-cu əsrdə yaşamış rəssam 4 rəsm çəkib ilin bütün fəsillərini canlandırmaq istəsə də, yalnız "Bahar" və "Payız"ı tamamlaya bilib.

"Bahar" son 100 ildə ABŞ-da şəxsi kolleksiyada saxlanırdı.

Axır 20 ildə Vaşinqtondakı Milli İncəsənət Qalereyasında nümayiş olunub.

İndiyəcən Édouard Manet-nin rəsmləri maksimum 30 milyon dollara satılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG