Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:36

Astarada qoluna güvənən insanların dəmirçisi...


Azərbaycanın bəzi ucqar əyalətlərində kustar kənd təsərrüfatı alətlərinə ehtiyac qalmaqdadır

Azərbaycanın bəzi ucqar əyalətlərində kustar kənd təsərrüfatı alətlərinə ehtiyac qalmaqdadır

-

Azərbaycanın bəzi ucqar əyalətlərində hələ də kənd təsərrüfatı məsullarının əkin və biçinində əsasən əl əməyindən istifadə olunur. Bu baxımdan da bəzi kustar kənd təsərrüfatı alətlərinə ehtiyac qalmaqdadır.

Əkinçiləri bu alətlərlə təmin etmək üçün az qala hər kəndə və məhəllədə fəaliyyət göstərən dəmirçilər, xırda sənətkarlar meydana gəlib. Astara şəhərində yaşayan Abdulla Tağıyev də belə sənətkarlardan biridir. O hər gün hazırladığı kənd təsərrüfatı alətlərini satmaq üçün mərkəzi bazara çıxardır. Alıcılardan biri deyir ki, torpağı əl ilə şumlayırlar. Buna görə də keyfiyyətli kənd təsərrüfatı aləti lazım olur. Abdulla Tağıyevin hazırladığı kənd təsərrüfatı alətləri də davamlıdır:

TORPAĞI ƏLLƏ ŞUMLAYANLAR...

“Bunlar dözümlüdür, kənd təsərrüfatında işləmək rahatdır. Həyətdə, kənd təsərrüfatında işlətmək üçün almaq istəyirəm. Əl əməyindən istifadə edirəm...”

Abdulla Tağıyevin balaca bir emalatxanası da var. O emalatxanada işini davam etdirərək deyir ki, aldığı sifarişi yerinə yetirməlidir. O iş tapa bilmədiyi üçün atasının peşəsini davam etdirməli olub. Onun atası da sovet dövründə əl əməyinə əsaslanan kənd təsərrüfatı alətləri düzlədib, satarmış. O deyir ki, çox şey hələ də dəyişməyib.

“BEL DÜZƏLDİRƏM, DIRMAQ DÜZƏLDİRƏM, YABA DÜZƏLDİRƏM”

Dəmirçi deyir ki, onun düzəltdiyi alətlərə ehtiyac böyükdür

Dəmirçi deyir ki, onun düzəltdiyi alətlərə ehtiyac böyükdür

Dəmirçi deyir ki, mağazalarda satılan kənd təsərrüfatı alətləri yararsızdır, keyfiyyəti yaxşı deyil. Bu alətlərlə yeri şumlamaq qeyri mümkündür. Dəmir əyilir. Odur ki bu alətlərə daha möhkəm materiallar əlavə olunur ki, rahat işləmək mümkün olsun. Dəmirçi deyir ki, onun düzəltdiyi alətlərə ehtiyac böyükdür:

“Çox ehtiyac var. Ata-babadan qalma sənətdir, mən də təkrar edirəm. Atam düzəldərdi bel, dəryaz. Ot biçməyə. ”

“PENSİYA ALMIRAM. ATA-BABANIN SƏNƏTİNİ TƏKRAR EDİRƏM”

Dəmirçi deyir ki, ailənin 8 üzvi onun əlinə baxır:

“Pensiya almıram 61 yaşım var. Ağır texnikada işləmişəm . Sovet hökumətin dövründə. Deyir sənə düşmür. Özü də şikəst adamam, ağır işlərdə işləyə bilmirəm. Ata-babanın sənətini təkrar edirəm.”

Dəmirçi deyir ki, indi pensiya almasa da kiməsə əl açmır, lakin əldə etdiyi qazanc təkcə çörəyə çatır:

“NİSYƏ ALANLAR ÇOXDUR”

“Allah bərəkət versin. Axır çörəyimi yetirirəm. Bundan başqa sənətim yoxdur. Alətləri almağa gücü çatan alır, almayan ala bilmir. Nisyə qalan da olur. Deyir pensiyada verərəm. Belə adamlar çoxdur. Mən də üzdən keçmirəm, verirəm. Hamısı da tanışdır, olmur axı.”

Abdulla Tağıyev deyir ki, təkcə kənd təsərrüfatı alətləri yox, həm də məişətdə istifadə edilən nə varsa hazırlayır. O dəmir sobanı göstərərək bildirir ki, adamlar daha çox bundan alırlar. Çünki zavodda hazırlanan sobalar bahadır, həm də təhlükəlidir. Əldə düzəldilmiş sobalarla bağlı hələ indiyə kimi narazılıq edən olmayıb:

SOBA DA DÜZƏLDİB SATIR...

“Bu sobadır, qaz sobasıdır. İçərisində dəmir list vururam ki, istilik itməsin. Belə soblar yığmışam. Çörək bişirmək üçün. Mənim işim budur. Allah mənim çörəyimi yetirib. Ehtiyac yoxdur gedim qonşuya deyim ki, mənə çörək ver.”

Abdulla Tağıyevin sözlərinə görə, noyabr ayında kənd təsərrüfatı alətlərinə daha çox ehtiyac olur. Sifarişlər artır. Çünki ilin bu vaxtında torpaq əkinə hazırlanır. O deyir ki, tərəvəz məhsulları ilə ailələrini dolandıranlar çoxdur. Özü də əkin-biçinlə məşğul olur:

“Mən özüm tərəvəz əkmişəm . Özüm istifadə edirəm. Daha bazara bu məhsullar üçün getmirəm. Kartof əkirəm .Hansı məhsul olur onu əkirəm.”

DƏMİRÇİNİN AİLƏ QAYĞILARI...

Abdulla Tağıyev söhbətin mövzusunu dəyişir. Deyir ki, övladlarından biri xəstədir. O xəstə qızını göstərərək qeyd edir ki, köməyə ehtiyacı var:

Dəmirçi Abdulla deyir ki, köməyə ehtiyacı var

Dəmirçi Abdulla deyir ki, köməyə ehtiyacı var

“Neçə ildir əziyyətdəyəm. Bundan çəkirəm. Aparmadığım həkim qalmayıb. Ərdəbilə aparıram. Daha gücüm çatmır. Pulum çatmır.

İki dənə dəmir döyməklə nə olacaq? 8 baş ailədir. Onları saxlamaq lazımdır. Hamısı da qızdır. Mən də atayam, babayam. ”

Dəmirçi deyir ki, yağış yağıb suyun səviyyəsi qalxanda evinə dolur. Havalar normal keçsə də hələ su çəkilməyib. Ancaq davamlı işləməklə çətinlikləri yoluna qoymağa malışır...

XS
SM
MD
LG