Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:20

Hekayə müsabiqəsinin qalibləri bilindi


-

Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin Azərbaycan üzrə qalibləri müəyyənləşib.

Alpay Azər «Hikkəli qadın» hekayəsi ilə 1-ci, Natiq Məmmədli «Bekketə salam» hekayəsi ilə 2-ci, Vəfa Mürsəlqızı isə «Namus» hekayəsi ilə 3-cü yeri tutub.

25-ə yaxın ölkədə birinci yer tutan hekayələr Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim olunacaq.

Ölkələrarası mükafatların təqdimatının bu il dekabr ayının 8-də Bakıda keçirilməsi nəzərdə tutulur. Azərbaycan üzrə müsabiqənin qaliblərinə mükafatlar da həmin mərasimdə təqdim olunacaq.

Müsabiqəni Avrasiya Yazarlar və Azərbaycan Yazıçılar birlikləri keçirir.

525.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG