Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:10

ABŞ Gürcüstana «avroatlantik» çağırış etdi


ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki

Birləşmiş Ştatlar Gürcüstanı «avroatlantik gələcək» kursundan dönməməyə çağırıb. Bu çağırışdan öncə Gürcüstanın bir neçə naziri istefa verib və ölkənin qərbyönlü kursuna hədələrin olması barədə xəbərdarlıq edib.

Müdafiə naziri İrakli Alasania noyabrın 4-də işdən çıxarılıb. O, ordu zabitlərinə qarşı ittihamları ölkənin avroatlantik seçiminə hücum kimi dəyərləndirib.

Avropa və Avroatlantik İnteqrasiya üzrə nazir, eləcə də xarici işlər naziri istefa verib.

«Biz bu nazirlərin öz ölkəsinə xidmətini və Birləşmiş Ştatlarla tərəfdaşlıq mühitində gördüyü işi dəyərləndirmişik,» bunu ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki noyabrın 5-də deyib.

Psaki bildirib ki, «düzgün prosesə və hüququn aliliyinə birlik və sadiqlik nümayiş etdirmək Gürcüstanın marağındadır».

«Bütün tərəfləri bu məqsədlərə doğru çalışmağa və diqqəti Gürcüstanın avroatlantik gələcəyinin təminatına yönəltməyə çağırırıq».

Psaki hökuməti çağırıb ki, ədliyyə sisteminin siyasi məqsədlərlə istifadə olunmasına dair fikirlərin dağıdılması üçün tədbirlər görsün və «vahid demokratik dəyərlərimizə sadiqlik nümayiş etdirsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG