Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02


Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyir ki, Kiyev ölkənin şərqinə maliyyəni kəsir və “terrorçular” rusiyayönlü separatçıların nəzarətində olan həmin hissəni tərk etməyənədək maliyyə bərpa olunmayacaq.

Yatsenyuk noyabrın 5-də kabinetin iclasında çıxış edib. Lakin onu da söyləyib ki, “sıravi adamlara” qışda kömək məqsədilə Luqansk və Donetsk regionlarına qaz və elektrik təchizatı qalacaq.

Onun sözlərinə görə, hökumət separatçıların nəzarətində olan ərazilərə 2.6 milyard dollarlıq büdcə vəsaitini ayırmayacaq.

Yatsenyuk bildirib ki, noyabrın 2-də seçki keçirməklə hökumətə meydan oxuyan separatçılar maliyyə məsələlərinin də qayğısına qalmalıdırlar. “Kiyev fırıldaqçılara pul verməyəcək,” o, söyləyib.

Baş nazir sosial ödənişlər daxil olmaqla, maliyyə yardımının Kiyev həmin ərazilərə nəzarəti qaytarandan sonra bərpa olunacağını deyib. Yatsenyuk Moskvanı da separatçıları dəstəyi dayandırmağa çağırıb.

XS
SM
MD
LG