Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

Ukraynanın şərqində məktəbin həyətinə artilleriya mərmisi düşüb, 2 yeniyetmə ölüb, 4-ü yaralanıb. Məktəblilər həyətdə futbol oynayırmışlar. Məktəb Donetsk hava limanı yaxınlığında yerləşir. Hadisə noyabrın 5-də baş verib.

Londonda mənzillənən Amnesty International bildirib ki, hücum “hərtərəfli araşdırılmalıdır” və münaqişədə hər iki tərəf “dinc sakinləri qoruya bilmir”.

Noyabrın 5-də yayılmış məlumatlara görə, Donetskdə minomyot hücumlarında bir dinc sakin ölüb, yeddisi yaralanıb.

Bu arada Ukrayna hökumət qüvvələri və rusiyayönlü separatçılar bir-birini 5 sentyabr atəşkəs sazişini pozmaqda ittiham edir. Apreldə başlanan münaqişədə 4 mindən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG