Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:27

ABŞ: Prezidentin partiyası seçkini uduzdu


Respublikaçı Mitch McConnell, xanımı, ABŞ-ın keçmiş Əmək naziri Elaine Chao ilə tərəfdarlarını salamlayır.
Respublikaçı Mitch McConnell, xanımı, ABŞ-ın keçmiş Əmək naziri Elaine Chao ilə tərəfdarlarını salamlayır.

-

Amerika Birləşmiş Ştatlarında keçirilən aralıq seçkidə respublikaçılar inamlı qələbə qazanıblar.

Media, siyasətçilər və ekspertlər respublikaçıların bu uğurunu az qala tarixi qələbə adlandırırlar, çünki onlar Nümayəndələr Palatasında tələb olunan 218 mandatı asanlıqla qazandıqdan sonra bu nəticəni 246-ya çatdıracaqları gözlənilir.

Respublikaçılar yalnız 1940-cı illərin sonlarında, prezident Harry S.Truman-in zamanında belə çoxluğa malik olublar.

Siyasi şərhçilər qeyd edirlər ki, respublikaçıların qələbəsi ilk növbədə hazırkı prezident Barack Obama-nın populyarlığının rekord aşağı həddə olması ilə bağlıdır.

Xəbər verilir ki, respublikaçılar demokratları Nyu York şəhəri üzrə üç, Obama-nın doğma ştatı sayılan İllinoys ştatında isə iki yerdən məhrum ediblər.

Bütünlükdə respublikaçılar 14 yeni mandat qazanıblar və səslərin sayılması hələ başa çatmayıb.

Qadınların seçkisi

Yuta ştatında azacıq irəlidə olan respublikaçı Mia Love ABŞ Konqresində ilk qaradərili respublikaçı nümayəndə olmağa çox yaxındır, orada səslərin sayılması hələ bitmyəib.

Bu seçkilərdə demokratları sevindirəcək nəticə keçmiş senator və qubernator Bob Graham-ın qızı Gwen Graham-ın Floridada 2 müddətdir konqresmen olan Steve Southerland-ə qalib gəlməsidir.

Yeri gəmişkən, ümümulikdə Konqresə 100 qadın nümayəndə seçilib.

Truman-dən bu yana

Müşahidəçilər qeyd edirlər ki, aralıq seçkiləri prezident Obama üçün narahat vaxta təsadüf edib, beləki elektorat İslam dövləti terrorçularından, Eboladan və durğunluq keçirən iqtisadiyyatdan nigarandır.

Hətta işsizliyin azalması və benzinin qiymətinin aşağı düşməsi də prezident partiyasına dəstək qazandıra bilməyib.

Barack Obama-nın partiyası 2010-cu ilin seçkilərində 63 yer itirmişdi, indi isə daha 12 yer itirilib. Beləliklə, Obama iki müddət ərzində mövsümarası seçkilərdə Truman-dan sonra ən çox mandat itirmiş prezident olub.

Obama-nın qlobal lider rolu zəifləyə bilər

“The Washington Post” qəzeti yazır ki, ABŞ-da keçirilmiş mövsümarası seçkinin nəticələri Avropada da narahatlığa səbəb olacaq, beləki bu məğlubuiyyət Obamanın qlobal lider rolunun gücünü tükəndirə bilər.

Bu isə bütün dünyada bir sıra təhlükəli meyllərin artdığı bir vaxtda çox da xoşagələn nəticə sayıla bilməz.

Burada söhbət ilk növbədə Ukrayna böhranına görə Rusiya ilə gərgin münasibətlərdə, Yaxın Şərqdəki mürəkkəb vəziyyətdə ABŞ prezidentinin mövqelərinin mümkün zəifləməsindən gedir.

“Obama artıq həqiqətən də tükənən prezidentə çevrilir, - deyib Tokiodakı Templ Universitetindən Jeff Kingston – Mövsümarası seçkinin nəticələri onun mövqeyini zəiflədib və bu, onun xarici siyasətdəki gücünü tükəndirəcək”…

Avropa da narahatdır

Obama-nın ABŞ-dan daha çox populyar olduğu Avropada isə onun prezidentliyinin son iki ilində vakuumun davam edəcəyi ehtimalı məyusluq yaradacaq.

London İqtisadiyyat İnstitutundan Michael Cox deyib ki, mövsümarası seçkinin nəticələri Moskva, Pekin və İslam Dövlətindəkiləri daha da ürəklindirə bilər.

Təhlilçinin fikrincə, hazırda bölünmüş Amerika və zəif Avropa üçün təsəvvürə gətirilməsi mümkün olan ən ağır vaxtdır.

Rusiya sevinir, lakin…

Qəzet yazır ki, Kremldə demokratların məğlubiyyətini sevinc və rişxəndlə qarşılayıblar.

Rusiya Dumasında Xarici İşlər Komitəsinin rəhbəri Alexei Pushkov demokratların məğlubiyyətini prezident Obama-nın xarici və daxili siyasətinin məğlubiyyəti kimi qiymətləndirib.

Bununla belə, o əlavə edib ki, respublikaçılar Rusiyaya münasibətdə daha sərt mövqe tutmaları ilə tanınırlar.

“Bu mənada Senatın respublikaçıların nəzarətinə keçməsi Rusiya üçün “əlverişli vektor” deyil” – deyib Pushkov.

İran məyusdur

Təhlilçilər bildirirlər ki, respublikaçıların seçki qələbəsi başqa bir “çətin ölkə”, İranla münasibətləri də təsirləndirə bilər.

Respublikaçılar İrana qarşı sərt mövqenin davam etdirilməsini istəyirlər.

İranın dövlət mediası ABŞ-da prezident partiyasının seçki məğlubiyyətindən məyusluqla söhbət açır.

Bununla belə, paradoksal məqam budur ki, respublikaçıların nəzarətində olan Senat öz növbəsində prezidentə ən kəskin məsələlərin həllində qətiyyətli addımlar üçün səlahiyyətlər verilməsində xəsislik etməyəcək.

Obama və Senat birgə işləyəcəklərini vəd edirlər

ABŞ Senatının yeni respublikaçı lideri və prezident Obama Amerika seçicilərini darıxdıran vəziyyətin aradan qaldırılması üçün birgə fəaliyyət göstərəcəklərini vəd ediblər.

Respublikaçıların hər iki palatada üstünlük qazanması bir sıra qanun layihələrinin daha sürətlə qəbuluna şərait yarada bilər.

Belə bir bəyanatla Senatın yeni lideri Mitch McConnell çıxış edib.

Prezident Obama deyib ki, “növbəti iki ilin mümkün qədər məhsuldar olması üçün yeni Konqreslə işləməyə hazırdır”.

Təhlilçilər bildirirlər ki, Konqresin iş qabiliyyətinin aşağı olması elektoratı ən çox narahat edən məsələlərdən biri idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG