Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Britaniya İraqa daha çox hərbi müşavir göndərir


Britaniyanın müdafiə naziri Michael Fallon İraqda kürd peşmərgə qüvvələrinin təliminə baş çəkib.

Britaniyanın müdafiə naziri Michael Fallon İraqda kürd peşmərgə qüvvələrinin təliminə baş çəkib.

-

Britaniya hökuməti bəyan edib ki, İslam dövləti yaraqlılarına qarşı döyüşlərdə İraqa kömək üçün bu ölkəyə daha çox hərbi təlimçi və müşavirl göndərir. Bu barədə Britaniyanın hazırda Bağdadda səfərdə olan müdafiə naziri bəyanatla çıxış edib.

Reuters agentliyi yeni kontingentin göndərilməsinə bir neçə həftə ərzində başlanacağını xəbər verir.

Kürd döyüşçülərinə ağır silahlardan istifadə təlimmləri

Britaniya ötən ay kürd peşmərgə birliklərinin təlimləndirilməsi üçün İraqa hərbi müşavirlər göndərdiyi barədə məlumat vermişdi.Bu təlimçilər kürd döyüşçülərə pulemyotlardan və ağır silahlardan səmərəli istifadəni öyrətməlidirlər.

Bununla yanaşı, Britaniyanın hərbi təyyarələri İraqdakı İD mövqelərinə raket zərbələrinin endirilməsində iştirak edir.

Bağdadda rəsmi səfərdə olan Britaniya müdafiə naziri Michael Fallon deyib ki, yeni kontingentin missiyasının təfərrüatları barədə tezliklə məlumat veriləcək.

“Bu çox təcili məsələdir və biz bunu bir neçə həftənin içində həll etməliyik” – deyib nazir.

İraq ordusuna xərclənən milyardlar Əl-Qaydanın əlinə keçir

Reuters agentliyi xatırladır ki, 2003-cü ildə İraqa müdaxilə zamanı ABŞ, İraq təhlükəsizlik qüvvələrinin təlimləndirilməsinə milyardlarla dollar vəsait xərcləmişdi.

Agentlik bildirir ki, bir neçə yüz islam yaraqlısının İraqın şimalında böyük əraziləri işğal etməsindən sonra həmin təlimlərin keyfiyyəti suallar doğurmağa başlayıb.

İraq hökumət qoşunları İD döyüşçülərinin qarşısında tab gətirməyərək çox tezliklə mövqelərini əldən verib. Onların qoyub qaçdıqları tanklar və digər ağır silahlar əl-Qaedaya bağlı qruplaşmaların əlinə keçib.

Londonun “hədiyyəsi”

İslam Dövləti yaraqlılarına qarşı raket zərbələrinin endirilməsinə, onlar Qərb girovlarını edam etdikdən sonra başlanıb, lakin ekspertlər əmindirlər ki, İD yalnız İraq təhlükəsizlik qüvvələrinin səmərəlilyinin artırılması ilə məğlub edilə bilər.

Hazırda İraqdakı kürd peşmərgə birləşmələrinə Britaniya Silahlı Qüvvələrinin Yorkşir alayı təlim keçir.

Bağdadın şiə ordusu

Reuters agentliyinin məlumatında bildirilir ki, keyfiyyətsiz döyüş hazırlığından başqa İraq təhlükəsizlik qüvvələrinə təriqətçilik mane olur.

Xəbərdə deyilir ki, elə Fallonun səfəri zamanı onu Bağdadda salamlayan əsgərləri yaxalarına şiə təriqətinə aid olduqlarını bildirən fərqlənmə nişanları vardı.

Bu arada Qərbi Anbar əyalətində Albu Nimr tayfasından 300 nəfərin qətlə yetirildiyi xəbər yayıldı. Tayfanın başçıları bildiriblər ki, faciədən əvvəl dəfələrlə mərkəzi Bağdad hökumətindən onları qorumağı xahiş ediblər, lakin müraciətləri cavabsız qalıb.

Hazırda ABŞ və onun müttəfiqləri İD yaraqlılarına qarşı döyüşlərdə İraqın şiə və sünni icmalarının birgə vuruşmasını istəyirlər.

Suriyada strategiya İraqdan fərqli olacaq

Britaniyanın müdafiə naziri həmçinin bildirib ki, ölkəsinin Suriyadakı strategiyası İraqa nisbətən daha az intensiv olacaq.

Nazir deyib ki, Suriyada kəşfiyyat-müşahidə fəaliyyəti gücləndirilib və yerli əhalinin özünümüdafiə qüvvələrinin təlimləndirilməsi məsələsinə baxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG