Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47

Hollywood-da ixtisarlar gedir


"Warner Bros."in "Möhtəşəm Gatsbi" filmindən kadr (2013)

"Warner Bros."in "Möhtəşəm Gatsbi" filmindən kadr (2013)

-

Amerikanın ən böyük film studiyası – “Warner Bros.” çətin günlərini yaşayır. Şirkət işçilərinin 1/8-ni ixtisar edəcək.

Amerikada və onun xaricində 1000 nəfər işini itirəcək.

Bu barədə şirkətin rəhbəri Kevin Tsujihara məlumat verib.

Bu yay gəlirləri azaldığı üçün “Warner Bros.” 200 milyon dollara qənaət etmək qərarına gəlib.

OxuZalı “Hollywood Reporter”ə istinadla xəbər verir ki, şirkətin ən çox ümid bağladığı filmlərdən olan – “Godzilla” dünya boyu cəmi 500 milyon dollar toplaya bilib və 2014-cü ilin ən çox gəlir gətirən filmləri arasında 9-cudur. “Leqo filmi” də hələ ki 500 milyon dollar toplayıb.

“Warner Bros.”un daha bir ümid yeri növbəti Hobbit filmidir: “Beş ordunun döyüşü”. Dekabrda ekranlara çıxacaq filmin şirkətə daha 1 milyard dollar gətirəcəyi gözlənir.

Bu həftə isə “Warner Bros.”un prodüserlik etdiyi “Interstellar” kosmik dramı ekranlara çıxır. Onun elə ilk həftəsonu 50 milyon dollar toplayacağı gözlənir.

Keçən il “Warner Bros.” 1,8 milyard dollar gəlirlə dünyanın ən çox qazanan studiyası olmuşdu. Studiya “Time Warner” şirkətinin bir hissəsidir.

Ötən il milyarder Rupert Murdoch-a məxsus rəqib şirkət - “21st Century Fox” “Time Warner”i almaq üçün 80 milyard dollar təklif etmiş, amma rədd cavabı almışdı.

"Guardian"a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG