Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Avropa Komissiyasının sədri: «Cameron-un başqa baş nazirlərlə problemi var»


Juncker
Juncker

-

Avropa Komissiyasının yeni sədri Jean-Claude Juncker deyib ki, “mənim cənab Cameronla problemim yoxdur. Ancaq cənab Cameronun başqa baş nazirlərlə problemi var”.

Juncker bunu noyabrın 5-də Cameronun tənqidlərinə cavab olaraq deyib. Juncker oktyabrın sonunda Avropa Birliyi liderlərinin sammiti haqda Cameronun tənqidlərini ədalətsiz sayır.

Cameron sammitdə Avropa liderlərinə müxalifətdə idi və Britaniyanın birlik büdcəsinə 2,1 milyard avro verməsinə qarşı çıxırdı.

Cameron 2017-ci ildə Britaniyanın Avropa Birliyində üzvlük məsələsi ilə bağlı referendum keçirmək istəyir. Bu ilin əvvəlində isə Avropa Komissiyasının sədri vəzifəsinə Junckerin namizədliyinin əleyhinə idi.

XS
SM
MD
LG