Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:12

-

“Qızım doğuşqabağı on gün xəstəxanada yatdı. Doğuşdan sonra gəlib muştuluq da alıb bizi yola saldılar. Dediblər gedin, hər şey yaxşıdır. Yarı yoldan zəng vurdular, xəstəxanaya qayıtdıq...”

​Noyabrın 3-də Quba Regional Perinatal Mərkəzdə Qusarın Hil-oba kənd sakini, 36 yaşlı Zərinşah Aslanova doğuşdan sonra ölüb.

Ailə üzvləri qadının ölümündə həkimləri təqsirli bilirlər. Qayınata Ağabəy Aslanov:

“NƏ DOĞUŞDAN ƏVVƏL, NƏ DƏ SONRA AİLƏ ÜZVLƏRİNİ YANINA BURAXDILAR”

“Nə doğuşdan əvvəl, nə də sonra ailə üzvlərini yanına buraxdılar. Bircə onu dedilər ki, qanaxması var. Qarşımıza yalnız həkim çıxdı, dedi, özüm də ona qan vermişəm, az oldu, donor gəldi, donordan da qan götürüb vurduq. Əlimizdən gələni etsək də, faydası olmadı”.

Zərinşah Aslanovanın qayınanası Zakiyət Aslanova:

“UŞAQ OLANDA HƏKİMLƏR YATMIŞ OLUB, QANAXMA BAŞ VERİB”

Zakiyət Aslanova

Zakiyət Aslanova

“Uşaq olanda həkimlər yatmış olub, qanaxma baş verib. Gəlinim sağlam idi. Uşaq da sağlam doğulub. Həkimlərin təqsirindən öldü”. Ailə üzvlərini qəzəbləndirən odur ki, həkimlər onlara istər doğuşqabağı, istərsə də ölümqabağı gəlinlə görüşməyə imkan verməyiblər.

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev də deyib ki, doğuşdan sonra Zərinşah Aslanovada qanaxma baş verib. Üzərində cərrahiyyə əməliyyatı aparılsa da 16 saat sonra vəziyyəti ağırlaşıb. Həkimlər ananın həyatını xilas edə bilməyib.

Bu, Zərinşah Aslanovanın dünyaya gətirdiyi üçüncü övladı imiş.

EHTİYATSIZLIQDAN ADAM ÖLDÜRMƏ...

Faktla əlaqədar Baş prokurorluq da məlumat yayıb. Bildirilir ki, ananın ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaq davam edir. Bu ilin may ayında da Quba Regional Perinatal Mərkəzdə ana və uşaq ölümü baş vermişdi.

Şərhləri göstər

XS
SM
MD
LG