Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Noyabrın 5-də Səbail rayon Məhkəməsi Nuriyyə Hüseynovanın vəkil Əlayif Həsənova qarşı şikayətinə baxıb.

Əlayif Həsənovun AzadlıqRadiosuna bildirdiyinə görə, prosesdə müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərin heç biri qəbul olunmayıb:

«Uzun müddətdir proseslərə çıxıram, mən, ümumiyyətlə bu cür məhkəmə görməmişəm. Birinci, heç, bu işin Yasamal məhkəməsinə aidiyyəti yox idi. İkinci də hakim müşavirə vaxtı sənəd qəbul etdiyini etiraf edərək, müşavirə gizliliyini pozduğunu özü etiraf etmiş oldu. Bir neçə şahidlərin dəvət olunmasını istəmişdik, qəbul etmədilər. Biz istəyirdik ki, Leyla Yunus məhkəmədə iştirak etsin və ona qarşı işgəncələrin olub-olmaması haqda ifadə versin. Təklif etdiyimiz digər şahidlər də məhkəməyə çağırılmadı».

Növbəti proses noyabrın 6-da keçiriləcək.

Əlayif Həsənov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını müdafiə edir.

Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayif Həsənov Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır. İçəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG