Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:18

Hüquq müdafiəçisinin anasının evində axtarış aparılır


Hüquq müdafiəçisi Gülnarə Axundova

Hüquq müdafiəçisi Gülnarə Axundova

Danimarkada yaşayan hüquq müdafiəçisi Gülnarə Axundovanın anası Cəvahir Axundovanın Bakıdakı evində axtarış aparılır. RATİ-nin hüquqşünası Günay İsmayılovanın AzadlıqRadiosuna bildirdiyinə görə, axtarışı prokurorluq əməkdaşları aparır.

Onun sözlərinə görə, axtarış noyabrın 5-də, Cəvahir Axundova Baş Prokurorluqda dindirildikdən dərhal sonra başlayıb. Cəvahir Axundova QHT-lərə açılan cinayət işi ilə bağlı dindirilib.

Axtarış hazırda davam edir. AzadlıqRadiosu hadisəni izləyir. Axtarışın nəticələri haqda məlumat veriləcək.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi İşlər və İnsan Haqları Komitəsinin ötən həftə keçirdiyi iclasda Azərbaycanda insan haqlarının və qeyri-hökumət təşkilatlarının durumu müzakirə olunub. Həmin iclasda Gülnarə Axundova Azərbaycan hökumətini tənqid etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG