Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:24

Amnesty International İsraili Qəzzada hərbi cinayətlər törətməkdə ittiham edir


Qəzza

Qəzza

Amnesty İnternational insan haqlarını müdafiə təşkilatı İsraili bu yay Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib.

Londonda mənzillənən Amnesty International noyabrın 5-də yaydığı hesabatda bildirir ki, sıx məskunlaşmış sahil zolağındakı hücumlarda «daşqəlbli laqeydlik» nümayiş etdirib.

Hesabatda deyilir ki, «İsrail qüvvələri içi insanlarla dolu evlərə hücumlarda onlarla fələstinli dinc sakini öldürüb. Bu da bəzi hallarda hərbi cinayətlərə bərabər olub».

İsrail iyulda Qəzzaya hücumlar həyata keçirib və bunun Hamasın raket hücumlarına cavab olduğunu bildirib.

Münaqişədə 2100-dən çox fələstinli həlak olub. İsrail 66 əsgərini itirib və Hamasın mülki şəxslərdən insan qalxanı kimi istifadə etdiyini bəyan edib.

İsrail xarici işlər nazirliyi hesabatda deyilənləri «yalan» adlandırıb, deyib ki, Amnesty «hamasın həyata keçirdiyi hərbi cinayətləri gözardı edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG