Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:43

Gürcüstan xarici işlər naziri istefa verib


Gürcüstanın xarici işlər naziri Maia Panjikidze

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze istefa verib. O, hakim Gürcü Arzusu koalisiyasından çıxdığını bildirib. O, Demokratik Gürcüstan partiyasını da tərk edib. onun 4 müavini də istefa verib.

Avropa və Avro-Atlantika inteqrasiyası naziri Alexi Petriashvili də istefa verib.

GÜRCÜSTANIN KEÇMİŞ MÜDAFİƏ NAZİRİ DANIŞDI

Noyabrın 4-də Gürcüstanda müdafiə naziri postundan uzaqlaşdırılan Irakli Alasania ötən gecə açıqlama verib. O, ölkədə siyasi böhran yarandığını deyib və onun dərinləşməsini önləməyin vacibliyini vurğulayıb.

Alasania noyabrın 4-də Rustavi 2 televiziyasına danışıb. Müdafiə Nazirliyinə qarşı son «kampaniya» ilə ölkənin xarici siyasət kursu arasında əlaqə olduğunu vurğulayıb.

«Müdafiə Nazirliyinə qarşı son kütləvi hücum onun ölkənin Avro-Atlantik planlarını həyata keçirən əsas qüvvəyə qarşı kampaniya olduğunu deməyə əsas verir».

Keçmiş müdafiə naziri Azad Demokratlar partiyasının Gürcü Arzusu hakim koalisiyasını tərk edəcəyi barədə heç nə deməyib.

Azad Demokratlar koalisiyadan çıxsa, Gürcü Arzusu parlamentdə çoxluğu itirə bilər.

Gürcüstanın baş naziri İrakli Garibashvili noyabrın 4-də elan edib ki, müdafiə naziri İrakli Alasanianı vəzifəsindən kənarlaşdırır. Nazirin kənarlaşdırılması əsasında son günlər Gürcüstan prokurorluğunun orduda zəhərlənmə ilə bağlı müdafiə nazirlyinin əməkdaşlarına qarşı başladığı istintaq tədbirləri durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG