Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:39

Üç ali hakimiyyət orqanının saxlanma xərcləri artırılır


Milli Məclis 2015-ci ilin büdcə müzakirələrinə start verib

Milli Məclis 2015-ci ilin büdcə müzakirələrinə start verib

-

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələrinə start verilib. İqtisadçı ekspert Rövşən Ağayev Facebook profilində büdcəni təhlil edir:

“2015-ci ildə dövlət idarəetmə aparatının saxlanmasına 552.4 milyon manat vəsait proqnozlaşdırlır. Bu, ötən ilkindən 26.7 milyon manat artıqdı.

Gələn il aparat xərclərinin 99.2 milyon manatı Nazirlər Kabinetinə, 73.1 milyon manatı Prezident Aparatına, 23.4 milyon manatı Milli Məclisə ayrılıb.

Ötən illə müqayisədə Nazirlər Kabinetinin xərcləri 31% və ya 23.5 milyon manat, Prezident Aparatının saxlanması xərcləri 9.2 milyon manat, Parlamentin xərcləri 4.3 milyon manat artacaq”.

Ekspert yazır ki, bu üç ali hakimiyyət orqanının saxlanmasına, ümumilikdə 195.7 milyon manat xərclənməsi nəzərdə tutulur:

“Bu, ötən illə müqayisədə 37 milyon manat (23.3%) çoxdur.

Yerdə qalan vəsait, yəni 356.7 milyon manat digər mərkəzi və yerli icra strukturlarının, rayon (şəhər) icra hakimiyyətlərinin saxlanmasına sərf olunacaq" - Rövşən Ağayev bildirir.

DÖVLƏT APARATI İŞÇİLƏRİNİN ƏMƏK HAQQI QALXACAQ

O yazır ki, dövlət aparatının saxlanması xərclərini analiz edərkən ortaya çıxan ən maraqlı fakt hökumətin gələn il idarəçilərin əmək haqqı xərclərinin əhəmiyyətli dərəcədə artıracağı ilə bağlıdır:

“Ümumi rəqəmlərdən belə görünür ki, aparatın xərcləri cəmi 37 milyon manat artırsa, əmək haqqının kəskin artımı hansı mənbə hesabına baş verə bilər? Xərclərin strukturunda dəyişiklik hesabına. 2014-də qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlnaması yardımçı bölməsindən "digər xərclər" adı ilə 174.4 milyon manat ayrılması planlaşdırılır. 2015-də həmin xərclərin 121 milyon manat azaldılması nəzərdə tutulur. Əvəzində, əmək ödənişi xərclərinin 84.4 milyon manat (37.3%) artırılaraq 310.3 milyon manata çatdırılması nəzərdə tutulur”.

Ekspert hesablayıb ki, ali hakimiyyət orqanları içərisində əmək ödənişi xərclərinin ən yüksək artımı Nazirlər Kabinetində olacaq:

“Kabietin məvacib xərcləri gələn il 22.3 milyon manat (38%) artımla 81.1 milyon manata çatacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG