Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:29

Respublikaçılar Senatda çoxluğu qazanır


Senatın Respublikaçı lideri Mitch McConnell

Senatın Respublikaçı lideri Mitch McConnell

-

Respublikaçı namizədlər altı əsas ştatda Senat seçkilərini udub. Bu da Respublikaçılara Senatda çoxluğu qazanmaq üçün yetərli sayda yer qazandırır.

Eyni zamanda Respublikaçılar Nümayəndələr Palatasında da çoxluğu saxlaya bilib. Onlar 2006-cı ildən bəri ilk dəfə olaraq hər iki palataya nəzarəti ələ keçirir.

Respublikaçılar üçün əsas mübarizə ştatları Monatana, Kolorado, Qərbi Virciniya, Cənubi Dakota, Arkansas və Corciya idi.

ABŞ YENİ İSTİQAMƏTƏ YOLLANIR

Senatın Respublikaçı lideri Mitch McConnell Kentucky ştatında yenidən seçilib. Onun hazırda Senat çoxluğunun lideri Harry Reid-i əvəzləyəcəyi gözlənir.

Reid McConnell-in qələbə münasibətilə təbrik edib, deyib ki, seçicilər hər iki partiyanın birlikdə işləməsini istəyir.

McConnell qələbə çıxışında deyib ki, Birləşmiş Ştatların «yeni istiqamətə yollanmasının» vaxtıdır, ancaq onu da əlavə edib ki, «razılaşa bildiyimiz məsələlərdə birgə işləmək öhdəliyimiz var».

Luizana ştatında seçkinin ikinci turu dekabrın 6-da keçiriləcək.

OBAMAYA ÇƏTİN OLACAQ

Siyasi təhlilçilərin fikrincə, Respublikaçıların nəzarətində olan Konqres Prezident Barack Obamanın vəzifədə qalacağı 2 il müddətində onun işini çətinləşdirəcək.

Ancaq hələlik hökumətdə nəyin dəyişəcəyi bəlli deyil.

Obama qanunvericiliyə veto qoya bilər. Senat Demokratları isə Respublikaçıların təşəbbüslərini əngəlləyə bilər. Son beş ildə Respublikaçılar Demokratların qanunvericilik təşəbbüsləri ilə bağlı belə davranıblar.

Noyabrın 4-də ABŞ seçiciləri Senatın 100, Nümayəndələr Palatasının 435 üzvünü, 36 ştatın qubernatorunu seçib.

İLLİNOYSUN QUBERNATORU DA RESPUBLİKAÇI OLDU

İlkin göstəricilər Florida, Miçiqan və Viskonsin ştatlarında Respublikaçı qubernatorların təkrar seçildiyini göstərir. Cənubi Karolina, Ohayo və Tennesi ştatlarında da eyni vəziyyətdir.

Respublikaçılar Obamanın doğma İllinoys ştatında qubernatorluğu yenidən ələ alıblar. Texasda da Respublikaçılar qalibdir. Ancaq Pensilvaniyada Demokratlar qalibdir.

Nyu Yorkun Demokrat qubernatoru Andrew Cuomo-nun postunu saxladığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG