Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:50

Nyu York Federal Prokurorluğu Prevezon Holdings şirkətinə yeni iddia irəli sürüb. Kiprdə qeydiyyatda olan holdinqin sahibi rusiyalı Denis Katsyv-dır.

Prokurorluq şirkətdən tələb edir ki, Rusiyada fırıldaqla qazandığı pula Birləşmiş Ştatlarda mülkiyyət əldə etdiyi üçün 1.1 milyon dollar ödəsin. Bununla da firmaya ümumi iddianın məbləği 1.9 milyon dollara çatıb.

Prevezon Holdings-in sahibi bu ittihamı rədd edir.

Prokurorluğun məlumatına görə, Prevezon Holdings-in The Hermitage Capital fondu ilə bağlı fırıldaqla əlaqəsi var. Həmin sxem vəkil Sergey Magnitsky tərəfindən açılıb. Sxem Rusiya xəzinəsindən 230 milyon dollar oğurlanmasına imkan yaradıb. Magnitsky 2009-cu ildə Moskva həbsxanasında ölüb. Tərəfdarları onun məhz həmin işə görə cəzalandırıldığını deyir.

Prevezon Holdings-ə qarşı məhkəmə işi ötən ilin oktyabrında başlanıb. Firmanın ABŞ-da mülkiyyətinin dəyəri bir neçə milyon dollardır. Ötən il həmin mülkiyyətə həbs qoyulub.

Denis Katsyv Moskva vilayətinin keçmiş nəqliyyat naziri Petr Kasyv-in oğludur. Ötən il Petr Kasyv Prezident Vladimir Putinin yaxın dostu Vladimir Yakuninin rəhbərlik etdiyi şirkətin vitse-prezidenti təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG