Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

Təhsil Nazirliyi dərs ilinin müddəti ilə bağlı münasibət bildirib


Orta məktəb
Orta məktəb

-

Nazirlər Kabinetinin dərsi ilinin müddətinin artırılması ilə bağlı qərarı bu il tətbiq olunmayacaq.

Təhsil Nazirliyi Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılması ilə bağlı məsələyə münasibət bildirib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı qəbul edilən normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılacağı nazirliyin səlahiyyətlərinə daxildir.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaq.

***
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər . 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

İndiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib.

XS
SM
MD
LG