Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

2014-2020-ci illərdə pensiya təminatı sisteminin islahatı Konsepsiyası təsdiqlənib


Pensiya almaq üçün növbə gözləyənlər. Bakı

Pensiya almaq üçün növbə gözləyənlər. Bakı

Noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, məqsəd pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasıdır. Eləcə də inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaqdır.

Nazirlər Kabinetinə (NK) konsepsiyanın yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və bu barədə mütəmadi olaraq prezidentə məlumat vermək tapşırılıb. NK həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Konsepsiya “Azərbaycan” qəzetinin 5 noyabr sayında dərc olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG