Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:13


Cənubi Koreyanın LG Electronics şirkəti Google ilə qarşılıqlı lisenziya sazişi bağlayıb. Bu saziş LG-yə smartfon biznesini genişləndirməyə imkan verəcək.

LG və Google noyabrın 5-də yaydıqları birgə bəyanatda bildiriblər ki, saziş mövcud “geniş çeşidli məhsul və texnologiyaları”, eləcə də növbəti 10 il ərzində yaranacaq patentləri əhatələyir.

Cənubi Koreyada LG-nin əsas rəqibi olan Samsung şirkəti bu ilin yanvarında Google ilə oxşar saziş bağlayıb.

LG hazırda dünyanın dördüncü böyük smartfon şirkətidir və bazara gec girdiyi üçün illərdir satışı zəif olub. Ancaq son vaxtlar şirkət dirçəlib və telefon cihazlarının satışında gəlir qazanıb.

LG smartfonlarının, planşet və kompüterlərinin, eləcə də smart-saatlarının demək olar hamısı Google-un hazırladığı Android sistemi ilə işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG