Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:38

Ukrayna Rusiyaya qaz borcunun ilk tranşını ödəyir

Russia -- Vehicles are seen at a gas filling station, owned by Gazprom Transgaz Stavropol, with the company logo of Russian natural gas producer Gazprom seen on the station, in Stavropol, October 9, 2013

Kiyev bildirir ki, Rusiyanın Qazprom şirkətinə qaz borcunun birinci tranşını ödəyib. Bununla da ötən həftə AB-nin vasitəçiliyi ilə imzalanmış razılaşmanın şərtlərini yerinə yetirməyə başlayıb.

Ukraynanın dövlət Naftogaz şirkəti noyabrın 4-də Qazproma 1.45 milyard dollar köçürüldüyünü bildirib.

Oktyabrın 30-da imzalanmış sazişə görə, Ukrayna ilin sonunadək iki tranşla 3.1 milyard dollar ödəməlidir. Qazprom bildirib ki, Kiyev birinci tranşı, eləcə də noyabr üçün 760 milyon dolları qabaqcadan ödəyən kimi qaz təchizatına başlayacaq.

Naftogaz bəyanatında noyabr ödənişi barədə bir söz deməyib.

Moskva bu ilin əvvəlində Kiyev üçün qazın qiymətini qaldırıb və iyunda Ukraynaya qaz göndərişini dayandırıb. Moskva 5.3 milyard dollarlıq borcunu və gələcək təchizat üçün öncədən ödəniş istəyib.

XS
SM
MD
LG