Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:09

Ukrayna əsas şəhərlərində əlavə qoşun yerləşdirir


Petro Poroshenko
Petro Poroshenko

-

Ukranya prezidenti Petro Poroshenko Rusia tərəfindən dəstəklənən separatçıların yeni hücumlarından qorunmaq üçün ölkənin əsas şəhərlərinə əlavə qoşun birləşmələrinin göndərilməsini əmr edib.

O, həmçinin Ukraynanın və dünya birliyinin çağırışlarına rəğmən separatçı bölgələrdə seçkilərin keçirilməsindən sonra Ukrayna parlamentini qiyamçıların nəzarətində olan Donetsk və Luqansk şəhərlərinin xüsusi statusunun ləğv edilməsinə çağırırb.

İstehkam tikintisi

Prezident narahatdır ki, Moskva tərəfindən dəstəklənən separatçılar Qara dəniz sahilindəki strateji Mariupol şəhərinə hücum edə bilərlər.

Ölkənin təhlükəsizlik şurasında çıxış edən prezident bildirib ki, qoşun hissələri Ukrayna şəhərlərində - Mariupol, Berdyansk, Xarkov və Şimali Luqanskda “istehkam tikintisi” ilə məşğul olacaq.

Bundan bir qədər əvvəl cənab Poroshenko ölkə parlamentindən qiymaçıların əlində olan Donetsk və Luqansk şəhərlərinin xüsusi statusunun ləğvini rica edib. Bu şəhərlərə “xüsusi status” Moskvanın vasitəçiliyi ilə ötən sentyabrda Minskdə keçirilmiş danışıqlarda əldə olunmuş atəşkəs sazişinə əsasən verilmişdi.

Ruslar Mariupola hər an hücum edə bilərlər

Minsk razılaşmasına görə Donetsk və Luqanska verilmiş xüsusi statusun müqabilində döyüş əməliyyatları dayandırılmalı, hər iki tərəfdən bütün əsirlər dəyişdirilməliydi. Böyük miqyaslı döyüş əməliyyatları dayansa da, Minsk razılaşmasının heç bir şərti yerinə yetirilməyib.

Ukrayna Silahlı Qüvvələri məhz bu sazişin imzalanmasından sonra separatçıların nəzarətində olan əraziləri azad etmək məqsədi daşıyan hücum əməliyyatını dayandırmışdılar.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirir ki, atəşkəs sazişi imzalanandan bəri 100-dək əsgər həlak olub.

Donetsk ətrafında döyüşlərin davam etdiyi xəbər verilir. Orada separatçılar hökumət qoşunlarını onların nəzarətində olan son məntəqədən – Donetsk hava limanından vurub çlıxarmağa çalışırlar.

Separatçıların hərbi komandiri Britaniyanın “The Guarduian” qəzetinə bildirib ki, onlar Mariupolun müdafiə sistemi barədə bütün lazımi məlumatlara malikdirlər və şəhər üzərinə hücum hər an başlana bilər.

Moskvanın “kiçik fond”u

Lakin qəzetin yazdığına görə, qiyamçılar hazırkı maliyyə vəziyyətində çətin, yeni hücuma başlamaq həvəsində olsunlar. Donetsk və Luqanskda maaş və pensiyalar aylardır verilmir, Moskva isə hələlik bu maliyyə yükünü çiyinlərinə götürmək təşəbbüsü göstərməyib.

Hazırda separatçılar nəzarətlərində olan ərazidə “dövlət” qurmağa çalışırlar. Onların rəsmilərindən biri – Boris Litvinov deyib ki, Moskva bu məqsədlə “kiçik fond” ayırıb.

Prezident Poroshenko bildirib ki, yaranmış vəziyyətlə əlaqədar sərhəd keçid məntəqələri möhkəmləndiriləcək və adamların hərəkət azadlığına məhdudiyyətlər qoyula bilər.

O həmçinin deyib ki, Kiyev borcların ödənmədiyinə baxmayaraq separatçı ərazilərə qaz və elektrikin verilməsini dayandırmayıb.

İndi Kiyev hökuməti qərara gəlməlidir: Ya bu ərazilərin maliyyələşdirilməsi davam etdiriləcək, ya da torpaqların həmişəlik itirildiyi barədə qərar qəbul olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG