Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:17

-
Noyabrın 4-də Naxçıvan Şəhər Məhkəməsində jurnalist İlqar Nəsibovun Fərid Əsgərova qarşı iddiasına baxılıb.

Məhkəmədə Fərid Əsgərov təqsirini etiraf edərək əməlindən peşman olduğunu bildirib.

İlqar Nəsibovun Turan-a verdiyi məlumata görə, Fərid Əsgərov əməlini sərxoş olması və hərəkətlərini idarə edə bilməməsi ilə bağlayıb. Fərid Əsgərov noyabrın 5-də baxılacaq cavab şikayətindən də imtina etdiyini bildirib.

İlqar Nəsibov məhkəmədə hücumun təşkil edilməsinin və icrasının əsas təqsirkarları kənarda qaldığını bildirib. O, Fərid Əsgərovun bu təxribata «qurban» kimi cəlb olunduğunu bildirib.

Jurnalist, həmçinin, Əsgərovun atasının özünün çoxillik dostu olduğunu nəzərə alaraq, Fərid Əsgərovu bağışlayıb.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər jurnalistin üzünə 10-a yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. Hadisədə əli olanlardan biri - Fərid Əsgərova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılmışdı. Daha sonra Fərid Əsgərov eyni ittihamla İlqar Nəsibovdan şikayətçi olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG