Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

AİB prezidenti: «Azərbaycan təhsil, səhiyyə, su təchizatı inkişaf edir...»


Takehiko Nakao
Takehiko Nakao

-

Oktyabrın 4-də Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao prezident İlham Əliyev və maliyyə naziri Samir Şərifovla görüşüb. Görüşlərdə 2015-ci ildə Azərbaycanın AİB rəhbərlərinin illik toplantısına ev sahibliyi məsələsi müzakirə olunub.

İllik iclasa AİB-nin 48 region və 19 qeyri-regiondan olan iştirakçıların qatılacağı gözlənilir. İclasda hökumət rəsmiləri ilə yanaşı, investorlar da olacaq.

Takehiko Nakao illik iclasa Azərbaycanın ev sahibliyi etdiyinə görə minnətdar olub.

«Yüksəksəviyyəli hazırlıqların getdiyini şahid olduqdan sonra deyə bilərəm ki, bu tədbir uğurlu olacaq» - deyə Nakao bildirib.

AİB-nın 48-ci illik iclası Bakıda 2015-ci il mayın 2-5-də keçiriləcək.

Asiya İnkişaf Bankının prezidenti Bakıda keçirdiyi görüşlərdə Azərbaycanın inkişaf etdiyini vurğulayıb. Özəlliklə makroiqtisadiyyatın stabilliyini, səhiyyə, təhsil və su təchizatı sahəsində irəliləyişlərdən danışıb.

AİB 2014-2018-ci illərdə ölkələrlə əməkdaşlıq strategiyası proqramı üzrə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və özəl sektorun inkişafına dəstək verir.

Nakao bildirib ki, Azərbaycanda, özəlliklə, nəqliyyat, enerji, yerli özünüidarə, kiçik və orta sahibkarlığı inkişafı AİB-nin prioritetlərdəndir:

«Bu sahələrin inkişafı iqtisadiyyatı inkişaf etdirəcək, yeni imkanlar yaradacaq».

Azərbaycan 1999-cu ildə AİB-nin üzvüdür. 2014-cü ilin sentyabrınadək Azərbaycan hökumətinə 1 milyard 800 milyon dollar, özəl sektora 143 milyon dollar kredit və qrant ayırıb.

XS
SM
MD
LG