Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:11

«Diffamasiya haqqında» qanun layihəsi hazırdır


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti Bakıdadır
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti Bakıdadır
Azərbaycanda diffamasiya - şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı qanun layihəsi artıq hazırdır.

Millət vəkilləri, QHT nümayəndələri və ATƏT ekspertləri tərəfindən hazırlanan layihə ATƏT-in ekspertizasından keçib, qurumun mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin Bakıya səfəri zamanı müzakirə olunacaq. Bu barədə «Azadlıq» radiosuna ATƏT-in Bakı Ofisindən məlumat verilib.


Cənab Haraşti Bakıdadır, oktyabrın 9-da o, xarici işlər naziri, qəzet redaktorlarıyla görüşəcək, prezidentlə danışıqlar da planlaşdırılır. Oktyabrın 10-da isə Mikloş Haraşti, millət vəkilləri və Azərbaycandakı diplomatik korpus nümayəndələrinin iştirakıyla bu layihə dəyirmi masa müzakirəsinə çıxarılacaq.


«Diffamasiya haqqında» qanun layihəsini hazırlayan tərəflərdən biri - «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev: «Layihə demək olar ki, hazırdır, proses bir ay çəkəcək. Biz yəqin ki, noyabrın axırına onu parlamentə təqdim edəcəyik».


Layihə üzrə işçi qrupun üzvü, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının sözlərinə görə, bu qanunun qəbulu başqa qanunverici aktlarda da dəyişiklikləri zəruri edəcək: «Təklif budur ki, Cinayət Məcəlləsindən təhqir, böhtanla bağlı maddələr çıxarılsın, Mülki Məcəllədə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı olan 23-cü maddəyə bir sıra əhəmiyyətli dəyişikliklər edilsin».


«Diffamasiya haqqında» qanun layihəsi ilkin mərhələdə Prezident Aparatının ictimai-siyasi şöbəsi ilə müzakirə olunub.


Rəşid Hacılı deyir ki, müvafiq işə ATƏT-lə Azərbaycan hökuməti arasında şifahi razılıqdan sonra başlanıb, ona görə də, bu sahədə ciddi irəliləyiş mümkündür.


Böhtana görə cəzanın ləğvini ilk dəfə olaraq ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti prezident İlham Əliyevə məktubunda təklif edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG